Arda Turanı fitə basıblar - FOTOLAR
Bizi izləyin

İdman

Arda Turanı fitə basıblar - FOTOLAR

Futbol üzrə Türkiyə milli komandasının İspaniya yığması ilə Avropa çempionatı matçındakı zəif çıxışı tribunalara da sirayət edib. Bunun nəticəsində türk fanatlar komanda üzvlərinə etirazlarını bildiriblər.

Azarkeşlər ən böyük təpkini kapitan Arda Turana göstəriblər. 66-cı dəqiqədə topu ələ keçirən Arda hücuma başladığı vaxt tribunadan fitə basılıb. Əleyhinə yönələn etirazlardan sarsılan yarımmüdafiəçi dərhal topu saxlayaraq, komanda yoldaşına ötürmə verib. Daha sonra o, iki əlini qaldırıb və tribunalara "afərin sizə" anlamını verən işarə göstərib.

Bu hərəkətdən sonra fanatların etirazı daha da artıb. Kapitan topa hər toxunuşunda fitə basılıb. Arda sonadək davam edən etirazlardan təsirlənib. Onun əhval-ruhiyyəsi pozulub və diqqəti oyundan qaçıb.

Digər tərəfdən, türk azarkeşlərin etiraz etdiyi Turana ispaniyalılar sahib çıxıb. Onlar 69-cu dəqiqədə "Arda, Arda" qışqırıblar. Türkiyə yığmasının futbolçuları da onlara alqışlarla cavab veriblər. Final fitindən sonra Andres İnyesta, Jordi Alba, Serxio Buskets, İker Kasilyas və Jerar Pike başda olmaqla, az qalan İspaniya yığmasının bütün futbolçuları Ardanı qucaqlayaraq, ona ürək-dirək veriblər.

İnyesta son dərəcə üzgün olan "Barselona"lı komanda yoldaşına təsəlli verməyə çalışıb. O, oyundan sonra jurnalistlərə açıqlamasında bildirib ki, Ardanın məruz qaldığı olay həqiqətən də üzücüdür: "Bir oyunçunun öz azarkeşləri tərəfindən fitə basılması ağır və pis haldır. Ardaya görə həqiqətən də məyusam. O, yüksək səviyyə və keyfiyyətə malik oyunçudur. Matçdan sonra yanına gedib "Möhkəm ol. Sənə ən yaxşısını arzulayıram" dedim. Mən komanda yoldaşlarımın hər zaman yaxşı olmasını istəyirəm".

Qeyd edək ki, oyun İspaniya millisinin qələbəsi ilə yekunlaşıb - 3:0. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm