Sıralama yürüşünün qalibi bəlli oldu - VİDEO/FOTO
Bizi izləyin

İdman

Sıralama yürüşünün qalibi bəlli oldu - VİDEO/FOTO

Formula-1 Avropa Qran-prisinin sıralama yürüşünə yekun vurulub.

“Mercedes” komandasının pilotu Niko Rosberq Finiş rəqiblərini qabaqlayaraq finiş xəttinə birinci çatıb. Onun göstəricisi 1 dəqiqə 42,758 saniyədir. “Force İndia” komandasının pilotu Serxio Peres 1 dəqiqə 43,515 saniyəlik nəticə ilə ikinci olub. Üçüncü yerdə 1 dəqiqə 43,966 saniyəlik göstərici ilə “Red Bull Racing” komandasından sürücüsü Daniel Rikkardo qərarlaşıb.

Beləliklə, iyunun 19-da Avropa Qran-prisində pilotların düzülüşü aşağıdakı qaydada olacaq:

1. Niko Rosberq – “Mercedes”

2. Serxio Peres – “Force İndia”

3. Daniel Rikkardo – “Red Bull Racing”

4. Sebastian Fettel – “Ferrari”

5. Kimi Raykonnen – “Ferrari”

6. Felipe Massa – “Uilyams”

7. Daniil Kvyat – “Red Bull Racing”

8. Valtteri Bottas – “Uilyams”

9. Maks Ferstappen – “Toro Rosso”

10. Luis Hamilton – “Mercedes”

İkinci təsnifatdan sonra:

11. Roman Qrojan - "Haas"

12. Niko Hülkenberq - "Force İndia"

13. Karlos Sayns - "Toro Rosso"

14. Fernando Alonso - "McLaren"

15. Estabean Qutyerres - "Haas"

16. Felipe Nasr - "Sauber"

Birinci təsnifatdan sonra:

17. Rio Haryanto - "Manor"

18. Paskal Verlyayn - "Manor"

19. Censon Batton - "McLaren"

20. Markus Erikson - "Sauber"

21. Kevin Maqnussen - "Renualt"

22. Kolion Palmer - "Renault".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm