"Formula 1": İtaliyalı pilot GP2 seriyasının qalibi oldu - FOTOLAR (YENİLƏNİB)
Bizi izləyin

İdman

"Formula 1": İtaliyalı pilot GP2 seriyasının qalibi oldu - FOTOLAR (YENİLƏNİB)

"Prema Racing" komandasının italyan pilotu Antonio Covinatsi Bakıda "Formula 1" Avropa Qran Prisi çərçivəsində GP2 seriyası üzrə ikinci yürüşdə (sprint) qələbə qazanıb.

Publika.az xəbər verir ki, onun nəticəsi 44:49.606 olub.

İkinci yeri onun komanda yoldaşı fransalı Pyer Qasli (+1.7), üçüncü yeri isə ART komandasından rusiyalı pilot Sergey Sirotkin (+4.1 saniyə) tutub.

Xatırladaq ki, bir qədər əvvəl sprintin 12-ci döngəsində kütləvi qəza olmuşdu. Qəza nəticəsində 3 pilot mübarizəni dayandırmışdı.

14:29

Bu gün Bakıda keçirilən “Formula-1” üzrə Avropa Qran-prisinə yekun vurulacaq.

Publika.az xəbər verir ki, bu gün Bakıda GP2 seriyasında ikinci yürüş (sprint) başlayıb.

Yarışlarda 22 pilot iştirak edir.

Ötən gün birinci yürüşdə "Prema" komandasının italiyalı pilotu Antonio Covinatsi qələbə qazanıb.

Qeyd edək ki, Bakıda "Formula 1" Avropa Qran Prisi keçirilir.

Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışırlar.

Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanındadır. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm