• USD 1,7000 0,00% EUR 2,0009 0,00%
    • GBP 2,3392 0,00% RUB 0,0231 0,00%

“Formula-1”də əsas və son gün: Prezident İlham Əliyev Avropa Qran-prisində - FOTOLAR

  • İdman
  • 19 İyun 2016 16:30
  • 1 666 Baxış
“Formula-1”də əsas və son gün: Prezident İlham Əliyev Avropa Qran-prisində - FOTOLAR

Bakıda ilk dəfə keçirilən “Formula-1” üzrə Avropa Qran-prisi bu gün başa çatacaq.

Publika.az xəbər verir ki, GP2 seriyasının ardınca turnirin rəsmi açılış mərasimi təşkil olunub.

Tədbirə dövlət başçısı İlham Əliyevlə yanaşı rəsmi şəxslər də qatılıb. Açlış mərasimindən sonra Avropa Qran Prisinə start verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, “Formula One Management”in prezidenti Berni Ekklstoun, Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Jan Tod "Formula 1" Avropa Qran Prisi yarışına baxırlar.

Açılış mərasimində xalqımızın mübariz ruhu və zəngin irsi bütün dünyaya nümayiş olunub. Mərasimdə bədii bacarığına görə seçilmiş könüllülər, azərbaycanlı sənətçilər, milli qruplar və beynəlxalq ifaçılardan ibarət 626 nəfərlik heyət rol alıb.

Qədim və zəngin Azərbaycan mədəniyyətinin Formula-1 dəyərləri ilə vəhdət təşkil etdiyi açılış mərasimi 5 rəmz və model – alov, su, külək, irəli və birlik vasitəsilə müəyyən süjet xətti üzərində birləşən elementlərdən ibarətdir. Formula-1 pilotu olmağı milyonlarla insan xəyal edir. Lakin xəyalları reallığa çevirmək, Formula-1-in sürət həyəcanını yaşamaq, çempion olmaq üçün müstəsna xüsusiyyətlərə, peşəkarlığa malik olmaq lazımdır. Bunun üçün alov kimi qaynar ürəkli, su tək enerjili və qıvraq, külək kimi sürətli, daim irəliyə doğru can atmaqla əzmkarlığa və ayrı-ayrı fərdləri zəfər uğrunda birlikdə çalışmağa həvəsləndirən komanda ruhuna ehtiyac var. Bu keyfiyyətləri sahib olmaq üçün hər bir kəs mənəvi dünyasına nəzər yetirməlidir. Bütün bu keyfiyyətlər məhz Formula-1 idmanında qələbədə əsas açar rol oynayır.

Ehtirası təcəssüm etdirən alov möhtəşəm Formula-1 çempionunun ruhunu ifadə edir. Bu ehtirasdır Azərbaycan irsinin alovunu canlı saxlayır və onu gələcəyə aparır. Əllərində alov dalğalarını təcəssüm etdirən bayraqlar tutan oğlanlar və qızlar Azərbaycanın milli musiqisinin sədaları altında meydandan keçdilər. Alov dilimləri ətrafa yayılaraq Azərbaycanın qədim mədəniyyətini, həmçinin Formula-1 həyəcanını açılış mərasiminin iştirakçılarına və bütün dünyaya çatdırır.

Alovdan sonra açılış mərasimin ikinci hissəsi olan qıvraqlıq rəmzi su meydanı “ağuşuna alıb”. Rəqs qrupunun üzvləri meydanda müxtəlif mənzərələr yaradırlar. Bütün bunlar yarış iştirakçılarını, tamaşıları xəyallar aləminə aparır, göz önündə mavi Xəzərin suları canlanır.

Güclü sürücü olmaq istəyirsənsə, hər zaman dinamikliyi qorumalı və sərt döngələrdə istiqaməti dəyişməyə hazır olmalısan. “Xəzər dənizinə nəzər sal və onun enerjisindən və qıvraqlığından ilham al”, - açılış mərasiminin ikinci hissəsinin ruhu məhz belədir.

Mərasimin üçüncü hissəsi sürət rəmzi olan küləkdir. Külək sürəti daha da artırmağa sövq edir. Bu amil özündə həm Formula-1 həyəcanını təmsil edir, həm də Bakı üçün ilham mənbəyinə çevrilir. Milli rəqs qruplarının ifaçıları “Sarı gəlin”in sədaları altında “uçan xalça”larda meydana daxil olurlar. Onlar müxtəlif külək effektləri, orijinal fantastik mənzərələr yaradaraq tamaşaçıları xəyallar aləminə aparırlar. Yarış iştirakçıları və şəhərimizin qonaqları özləri də etiraf edirlər ki, bəli, Bakı həqiqətən də küləklər şəhəridir. Bu amil da məhz açılış mərasimində öz əksini tapır.

Rəqs qrupları daha sonra açılış mərasiminin dördüncü hissəsini qələbə rəmzi olan irəliyə hərəkəti – qəlbə əzmini təqdim ediblər. İştirakçılar irəliyə hərəkəti əks etdirən fiqur formasında irəliləyərək Bakıda Formula-1 yarışının həyəcanını bir daha ifadə ediblər. Bakı daim irəli doğru gedən şəhərdir. Gəlin, onun yüksəlməkdə olan ritmini dinləyin. Bu ritm sanki Formula-1 mühərrikinin gurultusunu xatırladır. Formula-1 pilotları bir az sonra məhz belə bir ritmlə mübarizəyə başlayaraq irəliyə doğru hərəkət edərək gərgin mübarizə aparacaqlar. Mərasim iştirakçıları meydanda dünyanın ən sürətli idman avtomobillərindən olan Formula-1 bolidini nümayiş etdiriblər. Bakı trekinin 2,2 kilometrlik düz hissəsi Formula-1 yarışında ən yüksək sürətin qeydə alınmasına imkan yaradır.

Nəhayət, ifaçılar mərasimin sonuncu – beşinci hissəsi olan birliyi, ölkələrin ittifaqı hissəsini təqdim ediblər. Formula-1 çempionu heç vaxt yalnız deyil. O, qələbə uğrunda birlikdə çalışan komandanın bir hissəsidir. Formula-1 Avropa Qran-pri yarışı Azərbaycanı, habelə Avropa, Asiya, Amerika, Avstraliya, bir sözlə, bütün dünyanı birləşdirən bir arzudur. Bu tamaşa ilə iştirakçılar bir daha bəyan edirlər ki, uşaqlıqdan hamının xəyallarında təsəvvür etdikləri arzular, əfsanələr burada həqiqətə çevrilir.

Açılış mərasiminin sonunda Azərbaycanın üçrəngli nəhəng bayrağı alqış sədaları altında meydana gətirilib.

Qeyd edək ki, yarışda birincilik uğrunda 22 pilot mübarizə aparacaq. İyunun 18-də keçirilən sıralama yürüşünün nəticəsinə əsasən start xəttinə ən yaxın "Mercedes"in pilotu Niko Rosberq dayanacaq. Odan sonar isə "Force İndia"dan Serxio Peres və "Red Bull Racing"dən Daniel Rikkardo yer alacaq.

Ümumi sıralamanı təqdim edirik:

1. 6 Niko Rosberq - "Mercedes"

2. 11 Serxio Peres - "Force İndia"

3. 3 Daniel Rikkardo - "Red Bull Racing"

4. 5 Sebastian Fettel - "Ferrari"

5. 7 Kimi Raykonnen - "Ferrari"

6. 19 Felipe Massa - "Uilyams"

7. 26 Daniil Kvyat - "Red Bull Racing"

8. 77 Valtteri Bottas - "Uilyams"

9. 33 Maks Ferstappen - "Toro Rosso"

10. 44 Lüis Hamilton - "Mercedes"

11. 8 Roman Qrojan - "Haas"

12. 27 Niko Hülkenberq - "Force İndia"

13. 55 Karlos Saynts - "Toro Rosso"

14. 14 Fernando Alonso - "McLaren"

15. 21 Estabean Qutyerres - "Haas"

16. 12 Felipe Nasr - "Sauber"

17. 88 Rio Haryanto - "Manor"

18. 94 Paskal Verlyayn - "Manor"

19. 22 Censon Batton - "McLaren"

20. 9 Markus Erikson - "Sauber"

21. 20 Kevin Maqnussen - "Renualt"

22. 30 Kolion Palmer - "Renault"

Foto: Elçin Murad

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR