Çempionlar Liqası: “Qarabağ”ın rəqibi “Düdelanj" oldu – YENİLƏNİB
Bizi izləyin

İdman

Çempionlar Liqası: “Qarabağ”ın rəqibi “Düdelanj" oldu – YENİLƏNİB

Bu gün İsveçrənin Nion şəhərində Çempionlar Liqasının 2016/17 mövsümünün ilk püşkü atılıb.

Publika.az xəbər verir ki, I və II təsnifat mərhələlərinin püşkatmasına 38 ölkənin çempionu qatılıb.

Əvvəlcə ən aşağı reytinqli 8 klub 4 cütlük təşkil edib. Bu cütlər və 30 komanda isə II təsnifat mərhələsində qüvvəsini sınayacaq.

Azərbaycan çempionu “Qarabağ”ın rəqibi Lüksemburq təmsilçisi “Düdelanj” olub.

Çempionlar Liqası – 2016/17

I təsnifat mərhələsi

(28-29 iyun, 5-6 iyul)

TNS (Uels) - “Tre Penne” (San-Marino)

“Valletta” (Malta) - “Torshavn” (Farer adaları)

“Flora” (Estoniya) - “Linkoln” (Cəbəllütariq)

“Santa Koloma” (Andorra) - “Alaskert” (Ermənistan)

II təsnifat mərhələsi

(12-13 və 19-20 iyul)

“Qarabağ” (Azərbaycan) - “Düdelanj” (Lüksemburq)

“Hapoel” (Beyer-Şeva, İsrail) - “Şerif” (Moldova)

“Olimpiya” (Sloveniya) - “Trençin” (Slovakiya)

“Zalsburq” (Avstriya) - “Liepaya” (Latviya)

“Vardar” (Makedoniya) - “Dinamo” (Zaqreb, Xorvatiya)

“Ludoqorets” (Bolqarıstan) - “Mladost” (Monteneqro)

“Dinamo” (Tiflis, Gürcüstan) - 4-cü cütün qalibi

“Jalgiris” (Litva) - “Astana” (Qazaxıstan)

“Skenderbeu” (Albaniya) - “Ferensvaroş” (Macarıstan)

2-ci cütün qalibi - APOEL (Kipr)

“Zrinski” (Bosniya və Herseqovina) - “Legiya” (Polşa)

1-ci cütün qalibi - “Seltik” (Şotlandiya)

BATE (Belarus) - SJK (Finlandiya)

“Rusenborq” (Norveç) - “Norçepinq” (İsveç)

3-cü cütün qalibi - “Srvena Zvezda” (Serbiya)

“Dandalk” (İrlandiya) - “Hafnarfyorfur” (İslandiya)

“Kruzeyders” (Şimali İrlandiya) - “Kopenhagen” (Danimarka)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm