“Maestro” “İmperator”u biabır etdi
Bizi izləyin

İdman

“Maestro” “İmperator”u biabır etdi

İtaliya millisinin sabiq üzvü Andrea Pirlo avtobioqrafik kitab yazıb.

Publika.az xəbər verir ki, “Maestro” kitabda 2001-2002-ci illərdə “Milan”ın baş məşqçisi olan Fatih Terim barədə maraqlı qeydlər edib. Bir sözlə, Pirlo “İmperator”u biabır edib:

"Terimin taktika anlayışı zəif idi. Bütün oyun planı komandanı qışqıra-qışqıra idarə etməkdən ibarət idi. Bəlkə də belə plan başqa yerlərdə keçərli ola bilərdi, ancaq “Milan”da işləməzdi və işləmədi də.

Terim olduqca diqqətçəkici və qaydalara allergiyası varmış kimi görünən qəribə bir insan idi. Lap əvvəldən “Milan”da uzun müddət çalışa bilməyəcəyi bəlli idi və az keçmədi ki, qovuldu. Terim “Milan”dan öncə istədiyi hər şeyi edə biləcəyi kiçik klublarda çalışmışdı, amma bura “Milan” idi. Burada bəzi hərəkətlərinin qəbul edilməyəcəyini hər kəs bilirdi. Məsələn, yeməyə istədiyi vaxt gecikirdi. “Milan”ı təmsil etməli olduğu yerlərə qalstuk taxmadan gəlirdi”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm