Milli futbolçudan himnə hörmətsizlik - FOTO
Bizi izləyin

İdman

Milli futbolçudan himnə hörmətsizlik - FOTO

Kataloniyalı olduğunu hər dəfə fəxrlə bildirən İspaniya millisinin müdafiəçisi Xerard Pikenin AÇ-2016-da dünən keçirilən Xorvatiya ilə oyundan əvvəl səslənən dövlət himninə hörmətsizlik etdiyi iddia olunur.

Publika.az xəbər verir ki, onun tərbiyəsiz barmaq jesti fotokameraların obyektivindən yayınmayıb.

Milli himn çalınarkən Pikenin yanında dayanan oyundaşı David De Xeanın çiyninə qoyduğu əlinin barmaqlarını oynadaraq etikadan kənar jest göstərməsi ciddi narazılığa səbəb olub. Sosial şəbəkələrdə hər kəs onun hərəkətini müzakirə edir. Futbolçu isə “Tvitter” hesabında ünvanına yönələn tənqidlərə belə cavab verib:

“Əsla himnə hörmətsizlik etmərəm. Himn çalınarkən sadəcə barmaqlarımı oynadırdım. Gəlin, olmayan şeyləri müzakirə mövzusuna çevirməkdənsə, Avropa çempionatını qazanmağı düşünək”.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm