Maradona hədələdi: “Qalib gəlməsəz, vətənə qayıtmayın!”
Bizi izləyin

İdman

Maradona hədələdi: “Qalib gəlməsəz, vətənə qayıtmayın!”

Əfsanəvi futbolçu Dieqo Maradona Argentina yığmasının Amerika kubokunun finalına çıxmasına münasibət bildirib.

Publika.az xəbər verir ki, Maradona yığmanın bu dəfə nəyin bahasına olursa-olsun, qalib gəlməli olduğunu bildirib. O, qalib gələ bilməyəcəkləri təqdirdə, Argentina yığmasının üzvlərindən vətənə dönməməyi tələb edib:

“Əlbəttə, bazar günü biz qalib gələcəyik. Komandamız nəyin bahasına olur-olsun, qalib gəlməlidir. Qalib gələ bilməsələr, vətənə dönməsinlər”.

Argentina Amerika kubokunun finalında Çiliylə qarşılaşacaq.

Ötən il keçirilən finalda Argentina Çiliyə penalti seriyasında məğlub olmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm