11 qat Avropa çempionundan növbəti zəfər - FOTOLAR
Bizi izləyin

İdman

11 qat Avropa çempionundan növbəti zəfər - FOTOLAR

11 qat Avropa çempionundan növbəti zəfər - FOTOLAR

Karateçilərilərimiz İstanbulda 27-ci Beynəlxalq “Boğaziçi” turnirini qələbə ilə başa vurublar. İdmançılarımız 4 qızıl, 2 gümüş və 10 bürünc olmaqla 16 medala sahib olublar.

Publika.Az xəbər verir ki, kişilərdən ibarət milli komandamız komanda kumite yarışının da qalibi olub. Yarışın ilk günü yeniyetmə və gənclərdən ibarət seçmə komandalarımız 8 medal qazanıblar.

Yarışın ikinci günü 18-20 yaşlı gənclər və böyüklərin döyüşləri keçirilib. Karateçilərimiz daha 2 qızıl, 2 gümüş və 3 bürünc medala sahib olublar. Turnirin favoritlərindən 11 qat Avropa çempionu Rafael Ağayev (-75 kq) və Niyazi Əliyev (-67 kq) qızıl medalasahib olublar. Rafiz Həsənovla (-67 kq) Tural Balcanlı (kata) yalnız finalda qələbəni əldən veriblər. Ayxan Mamayev (-84 kq), Şahin Atamov və Orxan Heydərli (hər ikisi +84 kq) isə bürünc mükafatlarla kifayətlənməli olublar. Milli komandamızın üzvlərindən N.Əliyevlə R. Həsənov qızıl medal uğrunda, Ş.Atamovla Asiman Qurbanlı (+84 kq) isə bürünc mükafata sahib olmaq üçün mübarizə aparıblar.

Beləliklə şənbə günü Türkiyə 8 qızıl, 5 gümüş və 8 bürünc medalla birinci yerdə, Azərbaycan ikinci, İran isə 1 qızıl, 2 gümüş və 3 bürünc mükafatla üçüncü yeri tutub. Ancaq kişilərdən ibarət milli komandamız fərdi kumitedə göstərdiyi nəticə ilə kişilər arasında bütün ölkələri geridə qoyub.

Bazar günü isə kumite və kata üzrə komanda yarışları keçirilib. Azərbaycan karateçiləri həm kişi, həm də qadınların komanda kumite turnirində çıxış ediblər. Finalda İran idmançılarına 3-2 hesabı ilə qalib gələn karateçilərimiz əsas kuboka sahib olublar. Qadınların yarışında komandamız medalçılar arasına düşə bilməyib. Türkiyə komandası İranı 2-1 hesabı ilə məğlub edib.

Yekunda Türkiyə birinci, Azərbaycan ikinci, Səudiyyə Ərəbistanı üçüncü nəticə göstərib. 16 iştirakçı ölkədən 10 komanda medallara sahib ola bilib.
Xatırladaq ki, aprelin 4-6-da İstanbulun Qəzənfər Bilgə İdman Kompleksində açıq turnirdə 16 ölkədən 756 idmançı iştirak edib.

İdmançılarımız ayın 8-də Bakıya dönəcəklər.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm