Veteran cüdoçumuz Avropa çempionu oldu
Bizi izləyin

İdman

Veteran cüdoçumuz Avropa çempionu oldu

Xorvatiyanın Poreç şəhərində veteran cüdoçular arasında Avropa çempionatına start verilib.

Publika.az xəbər verir ki, Azərbaycan milli komandası yarışın ilk günündə aktivinə 1 qızıl medal yazdırıb. 90 kq çəki dərəcəsində mübarizə aparan Fərhad Rəcəbli ilk qarşılaşmasında rusiyalı Viktor Nikitinə, ardından fransalı Erve Piyo və Manuel Pajaroya, finalda isə ukraynalı İqor Knışa qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Qeyd edək ki, ilk yarış günündə Azərbaycanın digər cüdoçularından Tariyel Məmmədov (60 kq) 5-ci, Mübariz Pənahov (100 kq) 7-ci yeri tutub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm