Böyük Britaniyanın AB-dən çıxması futbolu iflic edəcək
Bizi izləyin

İdman

Böyük Britaniyanın AB-dən çıxması futbolu iflic edəcək

Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxmasından sonra hadisələrin İngiltərə futboluna necə təsir edəcəyi maraqla gözlənilir. Məsələ burasındadır ki, futboldakı Bosman qanununa görə, yeni şərtlərdə 400 yaxın futbolçu Premyer Liqada işini itirəcək.

Publika.az “Bloomberg”ə istinadən xəbər verir ki, FİFA-nın qaydalarına görə, Avropa İttifaqından olmayan futbolçu il ərzində çıxdığı matçların 30%-də yığma komandaların tərkibində çıxış etməlidir ki, Böyük Britaniyada forma geyinə bilsin.

43 il Avropa İttifaqının tərkibində olmuş Böyük Britaniyada Aİ-dən çıxıb-çıxmamaq barədə referendum iyun ayının 23-də olub. Seçicilərin 52 faizə yaxını qurumdan çıxmağa səs verib. Yalnız 48% ittifaqın tərkibində qalmağa üstünlük verib.

Dünyanın ən güclü çempionatlarından sayılan Premyer Liqada oynamaq istəyən futbolçular və heyətini ulduzlarla gücləndirmək istəyən komandalar bundan sonra fərqli şərtlərlə hərəkət etmək məcburiyyətində qalacaq.

İngilis mətbuatının yazdığına görə, hazırda Böyük Britaniyanın AB-dən çıxması İngiltərənin bütün liqalarında top qovan 400-dən çox futbolçuya təsir edəcək.

Referendum fonunda funt-sterlinqin valyuta bazarlarında kəskin şəkildə ucuzlaşması da Britaniya klublarını pis vəziyyətdə qoyacaq. Bundan sonra “Dumanlı Albion” təmsilçiləri transfer siyasətini daha ehtiyatlı aparmalı olacaq.

Brextin futbol sahəsinə yalnız bir müsbət təsiri olacaq. Əcnəbilərin rəhbərlik etdiyi “Çelsi”, “Arsenal”, “Liverpul”, “Mançester Yunayted” və “Mançester Siti” başda olmaqla, İngiltərə liqalarında mübarizə aparan klublara xarici sərmayədarların marağı arta bilər.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm