Avropa Liqası: Hakim təyinatları açıqlandı...
Bizi izləyin

İdman

Avropa Liqası: Hakim təyinatları açıqlandı...

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iki təmsilçimizin oyunlarına təyinatlar açıqlanıb.

Publika.az xəbər verir ki, “Dalğa Arena”da keçiriləcək "Kəpəz"lə Moldova "Daçiya"sı arasında oyunu qazaxıstanlı hakimlər briqadası idarə edəcək.

"Bakcell Arena"da keçiriləcək "Qəbələ" - "Samtredia" (Gürcüstan) oyunu isə belaruslu hakimlərə tapşırılıb.

Avropa Liqası. I təsnifat mərhələsi, ilk oyun

28 iyun

20:00 Kəpəz (Azərbaycan) - Daçiya (Moldova)

Baş hakim: Aleksandr Qauzer (Qazaxıstan)

Baş hakimin köməkçiləri: Sergey Vassyutin, Alibek Aubakirov

Dördüncü hakim: Daniyar Saxi

UEFA nümayəndəsi: Leonid Kaloşin (Rusiya)

Hakim-inspektor: Oleq Çıkun (Belarus)

30 iyun

21:00 Qəbələ (Azərbaycan) - Samtredia (Gürcüstan)

Baş hakim: Denis Şerbakov (Belarus)

Baş hakimin köməkçiləri: Dmitri Juk, Yuri Xomçanka

Dördüncü hakim: Sergey Tsınkeviç

Hakim-inspektor: Aleksey Spirin (Rusiya)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm