AÇ-2016: Fransada sükut olacaq
Bizi izləyin

İdman

AÇ-2016: Fransada sükut olacaq

AÇ-2016-nın 1/4 final mərhələsinin Polşa - Portuqaliya oyunundan öncə Türkiyənin İstanbul şəhərinin "Atatürk" hava limanında törədilmiş terror aktında həlak olmuş şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq.

Publika.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Xatırladaq ki, bir müddət öncə UEFA AÇ-2016-nın oyunlarında İstanbulda baş vermiş terror aktına görə bir dəqiqəlik sükut olmayacağını açıqlamışdı. Bundan sonra qitənin ali futbol qurumu sərt tənqidlərə məruz qalmışdı. Polşa - Portuqaliya oyunu bu gün Bakı vaxtıyla saat 23:00-da start götürəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm