Fariz Nəcəfov: “Yeni transferlər bütün tapşırıqları yerinə yetirdi”
Bizi izləyin

İdman

Fariz Nəcəfov: “Yeni transferlər bütün tapşırıqları yerinə yetirdi”

"Qəbələ"nin Avropa Liqasının ilk təsnifat mərhələsində "Samtredia" üzərində möhtəşəm qələbəsindən (5:1) sonra klubun vitse-prezidenti Fariz Nəcəfov jurnalistlərə açıqlama verib.

Publika.az xəbər verir ki, F.Nəcəfov yeni transferlərin oyunundan razı qalıb:

"Yeni transfer etdiyimiz futbolçular qısa müddətdə baş məşqçinin tapşırıqlarını lazımınca yerinə yetirdilər. Biz yeni Viktor Mendi ("Qəbələ"nin tarixində ən yaxşı bombardir) tapmışıq. Bu, Teo Viksdir. O da afrikalıdır, sadəcə ölkələrində fərq var”.

Nəcəfov ilk oyunda belə nəticəni gözləmədiklərini bildirməklə yanaşı, növbəti mərhələ haqda hələ düşünmədiklərini də sözlərinə əlavə edib:

"Hələ növbəti rəqib haqda heç nə deyə bilmərəm. İkinci təsnifat mərhələsinə keçəcəyimiz halda rəqib bilinəcək. Hansı komanda düşəcəksə, onunla oyuna ciddi hazırlaşmalıyıq. Yeni hücumçu almaq fikrimiz indidən yox, əvvəldən var. Axtardığımız futbolçularımız var. Sadəcə, müəyyən razılıq əldə olunmalıdır. Namizəd avropalı da var, afrikalı da".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm