• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

“Qəbələ”nin futbolçusu Avroliqanın bombardiridir

  • İdman
  • 1 İyul 2016 10:55
  • 508 Baxış
“Qəbələ”nin futbolçusu Avroliqanın bombardiridir

Dünən Avropa Liqasının 1-ci təsnifat mərhələsində Gürcüstan “Samtredia”sı üzərində qələbənin memarı olan “Qəbələ”nin yeni transferi Teo Uiks tarixə düşüb.

Publika.az xəbər verir ki, liberiyalı yarımmüdafiəçi 2016/17 mövsümünün ilk het-trikinin müəllifi olub. Belə ki, I təsnifat mərhələsinin 52 qarşılaşmasında yalnız Teo 3 qol vurmağı bacarıb. Çempionlar Liqasının 4, Avropa Liqasının 48 qarşılaşmasında belə məhsuldarlıq göstərən ikinci futbolçu olmayıb. Bu həm də onun karyerasında ilk het-trik olub.

Gürcüstanın “Samtredia” klubunun qapısından 3 qol keçirməklə 5:1 hesablı qələbədə pay sahibi olan Uiks həm də Avropa Liqasının bombardirləri siyahısına başçılıq edir.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>