AÇ-2016: UEFA daha bir oyunu nəzarətə götürdü
Bizi izləyin

İdman

AÇ-2016: UEFA daha bir oyunu nəzarətə götürdü

UEFA AÇ-2016-nın 1/4 final mərhələsində keçirilən Polşa – Portuqaliya oyunu ilə bağlı intizam işi açıb.

Publika.az xəbər verir ki, Polşa tərəfi azarkeşlərin meydana pirotexniki maddələr atmasında və oyunun başlamasını gecikdirməkdə ittiham olunur. Portuqaliya tərəfi isə azarkeşlərin pirotexniki vasitələrin istifadəsinə və oyun zamanı azarkeşin meydana daxil olmasına görə məsuliyyət daşıyır.

İyulun 22-də intizam işi ilə bağlı yekun qərar çıxarılacaq.

Qeyd edək ki, qarşılaşmanın əsas və əlavə vaxtında qapılara qol vurulmayıb. Qalib penalti seriyasında daha dəqiq oynayan Portuqaliya millisi olub (5:3).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm