Tayson rinqdə - Rəqib Kliçkodur - FOTO
Bizi izləyin

İdman

Tayson rinqdə - Rəqib Kliçkodur - FOTO

WBA və WBO versiyaları üzrə dünya çempionu, britaniyalı ağırçəkili boksçu Tayson Fyuri və Vladimir Kliçko arasında keçiriləcək döyüşün vaxtı müəyyənləşib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu maraqlı qarşılaşma oktyabrın 29-da Mançesterdə baş tutacaq. Bu haqda ukraynalı boksçunun meneceri Bernd Bente bildirib.

Əvvəlcə revanş döyüşünün iyulun 9-da keçiriləcəyi söylənilirdi. Ancaq iyunun 24-də Fyuri zədəyə görə döyüşün ertələndiyini elan etdi.

40 yaşlı Kliçkonun karyerasında 64 qələbə (53 nokaut) və 4 məğlubiyyət (3 nokaut) var. 27 yaşlı Fyuri isə indiyədək uduzmayıb – 25 döyüş, 25 qələbə (18 nokaut).

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm