Gözünüz aydın, MESSİ QAYIDIR!
Bizi izləyin

İdman

Gözünüz aydın, MESSİ QAYIDIR!

Dünyanın ən yaxşı futbolçusu Lionel Messi beynəlxalq karyerasını başa vurduğunu açıqlamışdı. Deyəsən, çoxsaylı müraciətlər və onun qayıtması üçün aparılan kampaniyalar bəhrə verib.

Publika.az xəbər verir ki, argentinalı futbolçu milli karyerasını davam etdirmək qərarına gəlib. Bu barədə Argentinanın “La Nacion” nəşri xəbər yayıb. Nəşrin iddiasına görə, Messiylə çiyin-çiyinə 3 dünya çempionatında (2006, 2010, 2014) oynayan millinin sabiq üzvlərindən biri onu yola gətirə bilib. Ancaq səbəbkar adının açıqlanmasını istəməyib.

Vasitəçinin sözlərinə görə, Messi beynəlxalq karyerasına bir müddət ara verəcək, sentyabrda DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Uruqvay və Venesuela ilə oyunlarda iştirak etməyəcək. Bundan sonra milliyə qayıdacaq və komandanın Rusiyadakı mundiala yollanması üçün əlindən gələni edəcək.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm