İdman
“Real” “yeni Aquero” tapıb - 18 YAŞINDA
Adətən dünya ulduzlarını böyük pullar müqabilində heyətinə qatan “Real” rəhbərliyi istedadları da diqqətdə saxlayır.
Publika.az xəbər verir ki, "Kral klubu" bu dəfə yeni istedadı Paraqvayda tapıb.
Madridlilər 18 yaşlı paraqvaylı hücumçu Serxio Diazı transfer edib. Məlumata görə, artıq tərəflər arasında anlaşma əldə olunub. "Real" 18 yaşlı forvarda görə klubu "Serro Porteno"ya 5 milyon avro ödəyəcək. Daha bir milyon avro isə onun qazanacağı uğurlara görə gələcəkdə ödənə bilər.
Futbolçu 5 illik müqavilə imzalayacaq və bir müddət "Kral klubu"nun ikinci komandası olan "Kastilya"da forma geyinəcək.
"Yeni Aquero" adlandırılan futbolçu "Serro Porteno"nun əsas heyətinə 2014-cü ildə yüksəlib. İndiyədək 70 rəsmi oyuna çıxan Serxio Diaz 16 qol vurub.
Pərviz Hikmət
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...