Azərbaycan futbolunda yeni prezident və yeni “Proqram”
Bizi izləyin

İdman

Azərbaycan futbolunda yeni prezident və yeni “Proqram”

Bu gün Peşəkar Futbol Liqasının (PFL) prezidenti postuna seçki keçirilib.

Publika.az xəbər verir ki, AFFA-nın inzibati binasında təşkil olunan mərasimdə AFFA prezidenti Rövnəq Abdullayev və Premyer Liqa klublarının nümayəndələri iştirak ediblər.

Yeganə namizəd olan Ramin Musayev yenidən bu posta seçilib. Bununla da 53 yaşlı futbol funksioneri 3-cü fəaliyyəti dönəminə başlayacaq.

Xatırladaq ki, Musayev PFL yarandığı vaxtdan - 2008-ci ilin iyulun 2-dən ona başçılıq edir.

Mərasimdə çıxış edən AFFA prezidenti Rövnəq Abdullayev futbolun inkişafı ilə bağlı yeni proqramın hazırlandığını deyib:

"Yeni proqram 2020-ci ilədək nəzərdə tutulub. Bu qısa proqramdır. Sentyabrda bununla bağlı ictimaiyyətə məlumat veriləcək".

Mətbuat konfransında R.Abdullayev çempionatda komandaların sayının artacağını da bildirib: "Çempionatda klubların sayının azalması və oyun səviyyəsinin aşağı düşməməsi üçün qərara gəldik ki, mayda Qəbələdə komandaların iştirakı ilə böyük turnir keçirilsin. Gözəl turnir edib böyük mükafat verəcəyik ki, hər kəs həvəslə iştirak etsin. IV İslam Həmrəylik Oyunları müddətində çempionat dayanmasın deyə bu turniri keçirəcəyik. Gələn ilə ən azı I Diviziondan 4 komandanı hazır edəcəyik ki, Premyer Liqada komandaların sayı artsın".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm