• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Rövnəq Abdullayev: “Səhv edən hakimləri güllələyək?”

  • İdman
  • 5 İyul 2016 12:05
  • 963 Baxış
Rövnəq Abdullayev: “Səhv edən hakimləri güllələyək?”

Bu gün Peşəkar Futbol Liqasının prezidenti postuna "seçkilər" keçirildiyini və Ramin Musayev postunda qaldığını xəbər vermişdik.

Publika.az xəbər verir ki, "seçki"dən sonra AFFA prezidenti Rövnəq Abdullayev jurnalistlərin suallarını cavablandırıb:

- Növbəti mövsümdən Premyer Liqada 8 komanda çıxış edəcək. Oyun sayını təmin etmək üçün yeni turnir keçiriləcək. Bununla yanaşı, 2017-18 mövsümündən etibarən ən azı 10 klub iştirak edəcək. Bunun üçün aşağı liqada ən azı 4 kluba lisenziya veriləcək. Bu il 3 klubumuz uğurlu başlanğıc etdi.

- Qışda hakimlər Antalyaya təlim-məşq toplanışına getmədi...

- Bunun səbəbi o idi ki, Antalyaya bir çox klublar getmədi. Buna görə, orda idarə etməli oyun yox idi. Buna göre də, hakimləri göndərmədik.

- Bayaq hakimlərin ədalətli idarəçiliyindən danişdız. Ancaq son mövsümdə Premyer Liqada hakim idarəçiliyinə ciddi etirazlar oldu. Xaqani Məmmədov bu posta həmişəlik seçilib?

- Nə edək, səhv edən hakimləri güllələyək? Hakim səhvləri hər yerdə olur. Xaqani Məmmədova gəlincə, onun yerinə öz namizədiniz varsa, deyin, bilək.

- Xaqani Məmmədovun yerinə nə zaman namizəd olacaq?

- Hakimlərin səhvində Xaqani Məmmədov günahkardısa, gəlin, onun başını kəsək. Avropa çempionatında hakim səhvləri olur, onları güllələmək lazımdı? Yoxsa, Kollinanı? Əsas odu ki, hakimlər qərəzli olmasın. Qərəzli idarəçilik artıq yoxdu. Mərc oyunları Avropada baş alıb gedir. Gülməli şeylərə pul qoyuluşu edir. Belə hal olsa, həmin şəxs məsuliyyətə cəlb olunmalıdı.

- Növbəti mövsüm tez bitəcək. Bu, avrokuboklara hazırlaşan klublara necə təsir edəcək?

- Elə buna görə, gələn ilin mayında Qəbələdə turnir keçirməyi planlaşdırırıq.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR