“Beşiktaş”ın yeni transferi ağladı...
Bizi izləyin

İdman

“Beşiktaş”ın yeni transferi ağladı...

“Beşiktaş”ın yeni transferi Fabrisio Aqosto Ramires bu gün mətbuat konfransı keçirib.

Publika.az xəbər verir ki, 28 yaşlı qapıçı sabiq klubu “Deportivo”yla vidalaşarkən göz yaşlarını saxlaya bilməyib.

3 mövsümdür “Deportivo”nun şərəfini qoruyan və zədə üzündən son mövsümü boşa verən Fabrisio La Korunyadan ayrılmağın çətin olduğunu bildirib:

“Beşiktaş”ı böyük klub olduğu üçün seçdim. Karyeramda yeni səhifə açmaq istəyirdim. Həmişə Çempionlar Liqasında oynamağı xəyal edirdim. “Beşiktaş”la birlikdə bu xəyalım gerçəkləşəcək”.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm