Əmrə Morun anasını yaraladılar
Bizi izləyin

İdman

Əmrə Morun anasını yaraladılar

Bir neçə gün əvvəl Türkiyə millisinin yeni parlayan ulduzu Əmrə Mor haqda şok iddia ortaya atıldı. Başına üstündə ərəb sözü yazılmış papaq qoyan Əmrənin adı İŞİD-lə yanaşı hallandırıldı. Açıqlama verən gənc futbolçu buna sərt reaksiya göstərməklə söylənilənlərin həqiqətə uyğun olmadığını bildirdi. Bundan əvvəl isə onun haqda yazılan yazılarda Emrenin bir müddət yetimxanada qalması qabardılmışdı.

Publika.az xəbər verir ki, Türkiyənin “Hürriyət” saytına müsahibəsində Morun anası Güzela Bekirov bu məsələyə xüsusi toxunub və yetimxana mövzusunun onları sarsıtdığını bildirib:

“Yetimxana məsələsi mənə çox pis təsir etdi. Sanki məni yaraladılar. Övladlarım həyatımboyu həmişə yanımda olublar. Heç vaxt yetimxana üzü görməyiblər. Həqiqətəuyğun olmayan bu xəbərlər bizi çox üzdü”.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm