“Fənərbağça” ulduz futbolçusunu yola saldı
Bizi izləyin

İdman

“Fənərbağça” ulduz futbolçusunu yola saldı

Türkiyənin "Fənərbağça" klubu ulduz futbolçusu Luis Nani ilə yollarını ayırıb.

Publika.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi bundan sonra İspaniyanın "Valensiya" klubunda çıxış edəcək.

"Yarasalar" 29 yaşlı futbolçunun keçidi üçün 8.5 milyon avro ödəyib və Naninin transfer hüququna sahib olub.

Qeyd edək ki, Portuqaliyanın "Sportinq" klubunun yetirməsi olan Nani “Fənər”ə ötən ilin yay transfer pəncərəsində "Mançester Yunayted"dən gəlmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm