• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Məşhur futbolçu Fransanı aşağıladı

  • İdman
  • 5 İyul 2016 18:51
  • 859 Baxış
Məşhur futbolçu Fransanı aşağıladı

"Mançester Yunayted"lə müqavilə bağlayan Zlatan İbrahimoviç Fransa çempionatı barədə fikirlərini bildirib.

Publika.az xəbər verir ki, PSJ-nin keçmiş futbolçusu Fransa çempionatını aşağılayacaq fikirlər səsləndirib. O, Liqa 1-in səviyyəsinin aşağı olduğunu deyib:

"Fransa çempionatı mənim sayəmdə daha prestijli oldu. Parisin simvolu oldum. PSJ ilə müqavilə bağlayarkən Fransa çempionatından çox şey gözləmirdim. Əvvəl çıxış etdiyim klubların səviyyəsini nəzərə alsaq, bu çempionat mənim istedadıma uyğun deyildi. Cəmi iki min azarkeşin gəldiyi stadionda motivasiya olunmaq necə mümkün idi? Axı "San Siro"da həmişə 90 min azarkeş olurdu".

İbrahimoviç PSJ-də 4 mövsüm keçirib. O, 3 dəfə Liqa 1-in ən yaxşı futbolçusu secilib.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR