• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Avroliqa: “Qəbələ”, “Kəpəz” və “Neftçi” növbəti mərhələdə

  • İdman
  • 7 İyul 2016 21:40
  • 634 Baxış
Avroliqa: “Qəbələ”, “Kəpəz” və “Neftçi” növbəti mərhələdə

İyulun 7-də UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşləri keçirilir.

Publika.az xıbır verir ki, bu gün Azərbaycanın iki klubu cavab qarşılaşmasında lazımi nəticə əldə edərək II təsnifat mərhələsinə vəsiqə qazanıb.

Gəncənin “Kəpəz” klubu ilk görüşdə rəqibi Moldovanın “Daçya” komandasının müqavimətini qıra bilməsə də, cavab qarşılaşmasında özünə lazım olan qələbəni qazanmağı bacarıb. Səfərdə 57-ci dəqiqədə F.S.Darionun vurduğu yeganə qolla rəqibinə qalib gələn gəncəlilər növbəti mərhələyə yüksəliblər.

Qəbələnin eyniadlı komandası da azarkeşlərini sevindirməyi bacarıb. “Qəbələ” klubu ilk görüşdə qazandığı 5:1 hesablı qələbə sayəsində demək olar ki, növbəti mərhələyə vəsiqəni təmin etmişdi. Səfərdə rəqibinə 1:2 hesabı ilə uduzmasına baxmayaraq, Roman Qriqorçukun yetirmələri növbəti mərhələyə adlayıblar.

Malta səfərindən “Baltsan” üzərində 2:0 hesablı qalibiyyətlə qayıdan “Neftçi” bu dəfə doğma azarkeşləri qarşısında “savaşıb”. Bu matçda Bakı təmsilçisi də "Qəbələ" ilə eyni aqibəti yaşayıb. Onlar da rəqibə uduzsa da, mərhələ adlamağı bacarıb.

Avropa Liqası

I təsnifat mərhələsi, cavab oyunu

7 iyul

“Samtredia” (Gürcüstan) – “Qəbələ” - 2:1

Qollar: Zivzivadze, 14 (pen.), Şergelaşvili, 90+2 - Uiks, 42

İlk oyun – 1:5

Baş hakim: Georgios Kizas

Baş hakimin köməkçiləri: Çasan Koula, İoannis Sipkas

Dördüncü hakim: Aleksandros Aretopulos (hamısı Yunanıstan)

Zestafoni. David Abaşidze stadionu

“Daçiya” (Moldova) – “Kəpəz” (Azərbaycan) – 0:1

Qol: Dario Federiko, 57

İlk oyun – 0:0

Baş hakim: Laşa Silaqava

Baş hakimin köməkçiləri: Zaza Menteşaşvili, Levan Todria

Dördüncü hakim: Qoga Kikaçeişvili (hamısı Gürcüstan)

UEFA nümayəndəsi: Tammo Beishuizen (Hollandiya)

Hakim-inspektor: İçko Lozev (Bolqarıstan)

Speya (Moldova). “Speya” stadionu

“Neftçi” (Azərbaycan) – “Baltsan” (Malta) - 1:2

Qollar: Jayro, 20 - Misallef, 50, 67

Qolla nəticələnməyən penalti: Feneç, 57 (qapıdan kənara)

İlk oyun – 2:0

Baş hakim: Yaroslav Kozik

Baş hakimin köməkçiləri: Yevgeni Xalamendik, Viktor Matyaş

Dördüncü hakim: Nikolay Balakin (hamısı Ukrayna)

Hakim-inspektor: Levan Paniaşvili (Gürcüstan)

UEFA nümayəndəsi: Olzas Abrayev (Qazaxıstan)

Bakı. 8-ci km qəsəbə stadionu stadionu

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>