AVRO-2016: Almaniya mübarizəni dayandırdı
Bizi izləyin

İdman

AVRO-2016: Almaniya mübarizəni dayandırdı

Oyun başa çatdı və Fransa finalda Portuqaliya yığması ilə görüşəcək

***

Fransızlardan daha bir qol. Qarşılaşmanın 72-ci dəqiqəsində Antoine həm özünün, həm də komandasının ikinci qolunu vurur.

***

Birinci hissənin sonuncu dəqiqəsində Fransa millisi hesabı açdı. Qarşılaşmanın 45-ci dəqiqəsində Antoine Greizmann penaliti zərbəsini dəqiq yerinə yetirərək komandasını irəli çıxardı.

Qarşılaşmanın birinci hissəsində 3 sarı vərəqə göstərilib. 36-cı və 45-ci dəqiqədə almanlardan Emre Can və Bastian Şveinsteiger, Fransızalardan isə 43-cü dəqiqədə Patrise Evra cəzalandırılıb.

***

Bu gün Avropa çempionatında ikinci finalçının adına aydınlıq gələcək.

Publika.az xəbər verir ki, turnirin favoritləri - meydan sahibi Fransa və Almaniya həlledici oyuna vəsiqə uğrunda mübarizə aparırlar.

Hazırda oyunun birinci hissəsi gedir və hələ hesab açılmayıb.

Bu cütün qalibi həlledici oyunda dünən Uelsi mübarizədən kənarlaşdıran (2:0) Portuqaliya ilə qarşılaşacaq.

AÇ-2016, yarımfinal

7 iyul

23:00 Almaniya - Fransa: 0-1
Baş hakim: Nikola Ritsoli
Köməkçi hakimlər: Elenito di Liberatore, Mauro Tonolini
Əlavə köməkçi hakimlər: Daniele Orsato, Antonio Damato (hamısı İtaliya)
Dördüncü hakim: Damir Skomina (Sloveniya)
Ehtiyat yan xətt hakimi: Yure Praprotnik (Sloveniya)
Yer: Marsel. "Velodrom" stadionu

Almaniya: 1. Manuel Noyer (k), 3. Yonas Hektor, 4. Benedikt Hövedes, 7. Bastian Şvaynştayger, 8. Mesut Özil, 11. Yulian Draksler, 13. Tomas Müller, 14. Əmrə Can, 17. Jerom Boatenq, 18. Toni Kroos, 21. Coşua Kimmix.

Ehtiyat oyunçular: 12. Bernd Leno, 22. Mark-Andre ter Şteqen, 2. Şkodran Mustafi, 6. Sami Xedira,9. Andre Şürrle, 10. Lukas Podolski, 15. Yulian Veyql, 16. Conatan Tah, 19. Mario Getse, 20. Leroy Sane, 23. Mario Qomes.

Baş məşqçi: Yoahim Löv.

Fransa: 1. Hüqo Lloris (k), 3. Patris Evra, 7. Antuan Qrizmann, 8. Dimitri Payet, 9. Oliver Jiru, 14. Blez Matuidi, 15. Pol Poqba, 18. Moussa Sissoko, 19. Bakari Sanya, 21. Loren Koselni, 22. Samuel Umtiti.

Ehtiyat oyunçular: 16. Stiv Mandanda, 23. Benoit Kostil, 2. Kristof Jallet, 4. Adil Rami, 5. N'Qolo Kante, 6. Yohan Kabay, 10. Andre-Pyer Jinyak, 11. Antoni Martial, 12. Morqan Şneyderlin, 13. Elakvim Manqala, 17. Lukas Digne, 20. Kinqsli Kuman.

Baş məşqçi: Didye Deşam.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm