Vəli Qasımov: “Əsas odur ki, mərhələni keçmişik”
Bizi izləyin

İdman

Vəli Qasımov: “Əsas odur ki, mərhələni keçmişik”

"Bilirdik ki, rəqib gəzməyə gəlməyib. 3 gün əvvəlcədən Bakıda idilər. Çətin oyun keçəcəyini bildirik". Bunu "Neftçi"nin baş məşqçisi Vəli Qasımov Avropa Liqasının I təsnifat mərhələsinin Maltanın "Baltsan" klubu ilə keçirilən cavab görüşündən sonra bildirib.

O bildirib ki, komandasının üzvləri arasında anlaşılmazlıqlar olurdu: "İlk hissədə pis oynamadıq. Topa nəzarət edirdik. Ancaq ikinci hissədə bu olmadı. Gənc komandadır. Bu gün işimizi daha çox görürük və onların yorulmağı normaldır. Anlaşılmazlıqlar olur. Qol buraxmasaydıq, komanda rahat oynayacaqdı. Amma qoldan sonra anlaşılmazlıq oldu. Bəzi oyunçularımız daha çox top saxlayırdı. Elə də böyük problem yox idi. Rəqib də rahat oynayırdı. Məğlub olsaydıq, çox pis olardı. İşimizə görə doğru yoldayıq. Fikrim vardı ki, Cavid İmamverdiyev top saxlasın. Bu səbəbdən Ruslan Qurbanovla əvəzlədim. Yenə də hücumçu axtarırıq. "Baltsan" burada daha yaxşı oynadı. Əsas odur ki, mərhələ keçmişik və futbolçularımı təbrik edirəm".

Maltanın "Baltsan" klubunun baş məşqçisi Oliver Spiteri isə oyundan sonra mərhələ keçə bilmədiklərindən təəssüfləndiyini vurğulayıb: "Çətin oyun keçdi. Komandamla fəxr edirəm. 90 dəqiqə əllərindən gələni etdilər. Açıq deyim ki, "Neftçi" texniki olaraq hazır və təşkilatlanmış komandadır".

Baş məşqçi qeyd edib ki, "Neftçi" evdə oynadığı üçün daha rahat idi: “Biz də balanslı oynadıq. Düşünürəm ki, ədalətli oyun keçdi. Azərbaycanın çox yaxşı futbolu var və texnikalı oyunçular var. Burada gənc futbolçular var və futbolunuzun gələcəyi parlaqdır. Amma psixoloji olaraq fikrimcə, biz daha çox hazır idik. Gözəl oyunun şahidi olduq. Üçüncü qolu da vura bilərdik, amma olmadı. Gənc futbolçularımızdan bir neçəsi var ki,gələcəkdə əsas heyətdə çıxış edə bilərlər".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm