“Qarabağ” - “Düdelanj”: Hakimlər açıqlandı
Bizi izləyin

İdman

“Qarabağ” - “Düdelanj”: Hakimlər açıqlandı

"Qarabağ"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində keçirəcəyi ilk oyunun hakimləri açıqlanıb.

Publika.az xəbər verir ki, "Köhlən atlar"ın 2-ci təsnifat mərhələsində "Düdelanj"la (Lüksebmurq) ilk görüşünü İsraildən olan hakimlər briqadası idarə edəcək.

İyulun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunun baş hakimi Orel Qrinfild olacaq. Ona Danni Krasikov və İdan Yarkoni kömək edəcəklər. Menashe Masiah isə 4-cü hakim funksiyasını yerinə yetirəcək.

Bakıdakı oyunun hakim-inspektoru serbiyalı Zdravko Yokiç olacaq.

Matça UEFA nümayəndəsi kimi isə ukraynalı Vladimir Çorno təyinat alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm