• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

“NTV Spor” Azərbaycan xalqından üzr istədi - FOTO (YENİLƏNİB)

  • İdman
  • 8 İyul 2016 18:26
  • 1 042 Baxış
“NTV Spor” Azərbaycan xalqından üzr istədi - FOTO (YENİLƏNİB)

Avropa Liqasının 2-ci təsnifat mərhələsində qarşılaşacaq cütlərin siyahısını verən türkiyənin “Hurriyet” qəzetinin “Kəpəz”i Ermənistan klubu kimi təqdim etdiyini xəbər vermişdik.

Publika.az-ın bu yanlışlıqla bağlı qəzetə yazdığı xəbərdarlıq məktubuna qısa zamanda cavab gəlib. Artıq xəbərdə “Kəpəz” Azərbaycan klubu kimi göstərilib.

Bundan başqa, Türkiyənin NTV telekanalı da eyni səhvi edərək, "Kəpəz"i Ermənistan klubu kimi təqdim etmişdi. Telekanal rəsmi saytında səhvə görə üzr istəyib:

"Yanlışlıq düzəldilib. Ntv.com.tr saytı olaraq, Azərbaycan xalqından və komanda üzvlərindən üzr istəyirik. Komandaya Avropada keçirəcəyi oyunlarda uğurlar arzu edirik".

Pərviz Hikmət

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>