“Barsa” onun üçün 10 milyon ödəyəcək?
Bizi izləyin

İdman

“Barsa” onun üçün 10 milyon ödəyəcək?

“Barsa” onun üçün 10 milyon ödəyəcək?

“Barselona” yayda klubla müqaviləsi bitəcək Viktor Valdesə əvəzləyici axtarışını davam etdirir.

Publika.az xəbər verir ki, katalonlar “Levante”nin qapıçısı Keylor Navasla maraqlanır. “Levante” 27 yaşlı qapıçı üçün 10 milyon avro tələb edir.

“Barselona”nın bu məbləğlə razılaşıb-razılaşmadığı açıqlanmasa da, qapıçının transferi gerçəkləşməyə də bilər.

FİFA “Barselona”ya növbəti 2 mövsüm üçün transfer qadağası tətbiq edib.

Bu qərardan şikayət edən klub qadağanı aradan qaldırmağa müvəffəq olmasa, transfer baş tutmayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm