Portuqaliya millisi tarixində ilk dəfə Avropa çempionu oldu
Bizi izləyin

İdman

Portuqaliya millisi tarixində ilk dəfə Avropa çempionu oldu

“Avro-2016”nın final qarşılaşmasında 90 dəqiqə ərzində qapılara qol vurulmayıb. Oyunda qalibi müəyyən etmək üçün iki 15 dəqiqədən ibarət əlavə vaxt oynanilır. 109-cu dəqiqədə isə Ederin atdığı qolla Portuqaliya komandası 1:0 önə keçdi.

Oyun bitdi və Portuqaliya millisi tarixində ilk dəfə Avropa çempionu oldu.

***

“Avro-2016”nın final qarşılaşmasında ilk hissədə hesab açılmadı. Birinci hissənin 25-ci dəqiqəsində Portuqaliya yığmasının kapitanının zədələnərək meydanı tərk etdi.

***

Bu gün futbol üzrə Avropa çempionatı final matçı ilə yekunlaşacaq.

Publika.az xəbər verir ki, qalibi müəyyənləşdirmək üçün Fransa və Portuqaliya milliləri Bakı vaxtilə saat 23:00-da Parisin “Stad de Frans” stadionunda üz-üzə gələcək. Oyunu ingiltərəli hakim Mark Klattenburq idarə edəcək.

Sayca 15-ci qitə çempionatı olan budəfəki yarışın qalibi həm də tarixə düşəcək. Belə ki, əgər Portuqaliya yığması qələbə qazansa, ilk dəfə qızıl medalları əldə edəcək. Bununla da pireneylilər Avropa çempionları sırasına daxil olacaqlar. İndiyədək bu titula 9 yığma nail olduğundan baş məşqçi Fernando Santosun yetirmələrinin 10-cu Avropa çempionu olmaq şansı var.

Finalda Fransa millisinin qalib gələcəyi təqdirdə isə onlar rekorda ortaq olacaqlar. Tarixində iki dəfə final oynayan (1984 və 2000-ci illər) fransızlar hər iki halda kuboku başları üzərinə qaldırıblar. Bu final oyununda da eyni hal təkrarlanarsa, Didye Deşamın yetirmələri Almaniya və İspaniya milliləri kimi tarixində 3-cü dəfə bu sevinci yaşayacaqlar.

AÇ-2016. Final

10 iyul

23:00 Portuqaliya - Fransa 1:0

Baş hakim: Mark Klattenburq

Sen-Deni. “Stad de Frans”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm