• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Rövnəq Abdullayev portuqaliyalı ulduza xüsusi mükafat verdi – FOTOLAR

  • İdman
  • 11 İyul 2016 10:22
  • 713 Baxış
Rövnəq Abdullayev portuqaliyalı ulduza xüsusi mükafat verdi – FOTOLAR

Portuqaliya milli komandasının yarımmüdafiəçisi Renatu Santeş 2016-cı il Avropa çempionatının ən yaxşı gənc futbolçusu adını qazanıb.

Publika.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu münasibətlə R.Santeş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) təsis etdiyi müvafiq mükafata layiq görülüb.

Mükafatı futbolçuya SOCAR-ın prezidenti Rövnəq Abdullayev təqdim edib.

Xatırladaq ki, ötən gün Portuqaliya millisi finalda Fransaya əlavə vaxtda vurduğu qolla qalib gəlib (1:0).

Onu da bildirək ki, R.Santeş Avropa çempionatlarının final oyunlarının ən gənc iştirakçısı olub. Fransa ilə həlledici qarşılaşmaya portuqaliyalı istedad 18 yaş 327 günündə ikən çıxıb. Əvvəlki nailiyyət Kriştianu Ronalduya (AVRO-2004, 19 yaş 150 gün) məxsus olub. Siyahıda 3-cü yeri isə keçmiş SSRİ yığmasının hücumçusu Anatoli Baydaçnı (AVRO-1972, 19 yaş 261 gün) tutur. Beləliklə, Santeş tarixdə Avropa çempionu titulunun ən gənc sahibinə çevrilib.

SOCAR mükafatı isə 1994-cü ilin yanvarın 1-dən sonra dünyaya gələnlərə şamil olunur və UEFA-nın texniki direktoru Yoan Lupeskunun rəhbərlik etdiyi texniki nəzarətçilər, eləcə də Aleks Ferqyuson və Alen Jiress tərəfindən seçilir.

Vasif Həsənli

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR