“Fənərbağça”nın prezidentinə 8 AYLIQ CƏZA
Bizi izləyin

İdman

“Fənərbağça”nın prezidentinə 8 AYLIQ CƏZA

Peşəkar Futbol İntizam Komitəsi “Fənərbağça”nın prezidenti Əziz Yıldırımı 8 aylıq cəzalandırıb.

Publika.az xəbər verir ki, mayın 25-də “Qalatasaray” və “Fənərbağça” arasında oynanılan Türkiyə kubokunun finalından sonra klub rəhbərinin sərt açıqlamaları ona baha başa gəlib. O, 8 ay müddətinə futbol yarışlarında prezident səlahiyyətlərindən yararlana bilməyəcək.

Bundan başqa, hər iki klub azarkeşlərinin davranışına, futbolçuların hakimə qarşı təzyiqinə görə müxtəlif pul cəzasına məruz qalıb.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm