Ronaldinyo, Giqqz və Krespo bir komandada
Bizi izləyin

İdman

Ronaldinyo, Giqqz və Krespo bir komandada

2000-ci ildə “Qızıl top”u qazanan ötənlərin məşhur futbolçusu Luiş Fiqu yaratdığı “Premyer Futzal” layihəsinə daha 3 əfsanəni cəlb edib.

Publika.az xəbər verir ki, Rayan Giqqz, Ronaldinyo və Ernan Krespo Deku, Miçel Salqado və Pol Skoulza qoşulub.

Premyer Futzal liqası bu il yaradılıb. Liqanın prezidenti də Portuqaliya millisinin sabiq yarmmüdafiəçisi Luiş Fiqudur. Turnir 15-26 iyulda keçiriləcək.

Rayan Giqqz karyerasını 2014-cü ildə, Ernan Krespo isə ondan iki il əvvəl başa vurub.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm