İNGİLTƏRƏ MƏTBUATI: Arda Turan “Yuventus”da!
Bizi izləyin

İdman

İNGİLTƏRƏ MƏTBUATI: Arda Turan “Yuventus”da!

İngiltərə mətbuatı İtaliya çempionu “Yuventus”un Arda Turanın transferiylə bağlı “Barselona” ilə razılığa gəldiyini yazıb.

Publika.az xəbər verir ki, adı hər gün yeni klubla yanaşı hallanan Ardanı mətbuat indi də İtaliyaya “göndərir”.

İngiltərədən “Arsenal” və “Çelsi”nin maraq dairəsində olan Türkiyə millisinin yarımmüdafiəçisinə “Yuventus” da elçi düşüb. Kataloniya klubunda gözlənilən oyunu sərgiləyə bilməyən və satışa çıxarılan 29 yaşlı futbolçunun Turin klubuna keçidində razılıq da əldə olunub.

“Barsa” 35 milyon avroya “Atletiko”dan aldığı Ardanı 25 milyon avro qarşılığında buraxmağa razıdır. AÇ-2016-da da uğursuz çıxış edən Arda La Liqanın son turunda “Barsa” formasıyla 25 oyuna çıxıb və 2 qol, 4 məhsuldar ötürməylə yadda qalıb.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm