
Türkiyə Futbol Federasiyası İdarə heyəti "Trabzonspor" ilə "Fənərbaxça" arasında oynanan qarşılaşma ilə bağlı qərarını açıqlayıb.
Publika.Az xəbər verir ki, TFF yarımçıq qalan "Trabzonspor"-"Fənərbaxça" matçına görə "sarı-göylü" komandaya texniki qələbə verib. “Fənər”lilər “Qalatasaray” məğlubiyyətdən (0:1) sonra gələn bu xəbərlə bir qədər təskinlik tapıb.
Federasiyadan verilən açıqlamaya görə, Futbol Yarış Talimatlarının 19-cu maddəsinə uyğun olaraq "Trabzonspor"un 3-0 məğlub sayılmasına qərar verilib.
Aygün İlqarqızı