Elxan Məmmədov: "Ramil Şeydayevin Azərbaycan pasportunun olması vacib deyil"
Bizi izləyin

İdman

Elxan Məmmədov: "Ramil Şeydayevin Azərbaycan pasportunun olması vacib deyil"

"Ramil Şeydayev Azərbaycan milli komandasında oynamaq hüququna malikdir. Çünki onun atası Bakıda anadan olub". "Report"un məlumatına görə, bunu AFFA-nın baş katibi Elxan Məmmədəv TASS-a açıqlamasında bildirib.

O, Rusiya yığmasının futbolçusu Ramil Şeydayevin artıq Azərbaycan vətəndaşı olduğunu təsdiqləyib və milli komandamızda oynamaq istəyində olduğunu bildirib: "Biz futbol federasiyası olaraq bu addımı alqışlayırıq. Müvafiq qərarın qəbul olunması üçün bütün sənədləri FİFA-ya göndərmişik. FİFA-nın reqlamentinə əsasən, futbolçunun Azərbaycan pasportunun olması vacib deyil. Çünki bu və ya başqa futbolçu o halda milli assosiasiayasını dəyişmək hüququna malikdir ki, onu özü, atası və anası, babası və nənəsi oynamaq istədiyi həmin ölkənin ərazisində anadan olsunar. Məlum olduğu kimi, Ramilin atası Bakıda anadan olub".

Baş katib onu da bldirib ki, Şeydayevin Rusiya millisində oynaması ilə bağlı Rusiya Futbol İttifaqından müvafiq sənədləri alıblar.

Qeyd edək ki, Ramil Şeydayev bir neçə gün öncə "Zenit"i tərk edərək, Türkiyə "Trabzonspor"u ilə müqavilə bağlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm