Avropa Liqası: Yalnız "Qəbələ" üzümüzü güldürdü - YENİLƏNİB
Bizi izləyin

İdman

Avropa Liqası: Yalnız "Qəbələ" üzümüzü güldürdü - YENİLƏNİB

Bu gün Azərbaycan klubları futbol üzrə Avropa Liqasında II təsnifat mərhələsinin ilk görüşlərini keçirib.

Publika.az xəbər verir ki, "Neftçi" evdə, "Qəbələ" və "Kəpəz" isə səfərdə oynayıb.

“Ağ-qaralar” Makedoniya "Şkendiya"sını qəbul edib. Oyunda hesab açılmayıb.

"Kəpəz" Avstriyada "Admira Vakker"in qonağı olub. Gəncəlilər daha əvvəl Moldova "Daçiya"sını (evdə 0:0, səfərdə 1:0) mübarizədən kənarlaşdıraraq, tarixində ilk dəfə avrokuboklarda mərhələ adlamışdı. Ancaq bu dəfə qələbə qazanmaq mümkün olmayıb. Gəncə klubu Avstriya səfərindən minimal hesablı məğlubiyyətlə qayıdır.

"Qəbələ" isə zəfər yürüşünü davam etdirir. Macarıstanda MTK-nin qonağı olan Roman Qriqorçukun yetirmələri qələbə qazanaraq cavab oyunu ərəfəsində böyük üstünlük əldə ediblər.

Avropa Liqası. II təsnifat mərhələsi, ilk oyunlar

14 iyul

Neftçi (Azərbaycan) - Şkendiya (Makedoniya) 0:0

Baş hakim: Sergey Tsinkeviç

Yan xətt hakimləri: Yevgeni Romanov, Vitali Malyutin

Dördüncü hakim: Viktor Şimusik (hamısı Belarus)

Bakı. "Bakcell Arena"

Admira (Avstriya) - Kəpəz (Azərbaycan) 1:0

Starkl, 41.

Baş hakim: Pavle Radovanoviç

Yan xətt hakimləri: Dimitriye Mrqudoviç, Aleksandar Cikanoviç

Dördüncü hakim: Miloş Savoviç (hamısı Monteneqro)

Sent-Polten. "NV Arena"

MTK (Macarıstan) - Qəbələ (Azərbaycan) 1:2

Torqelle, 70 - Kvekveskiri, 25. Ozobiç, 63.

Baş hakim: Boyan Panciç

Yan xətt hakimləri: Ştefan Hallberq, Maqnus Syöblom

Dördüncü hakim: Mohammed Əl-Hakim (hamısı İsveç)

Dyör. "Dyirmoti" stadionu.

Qeyd edək ki, "Kəpəz" cavab görüşünü iyulun 20-də, "Neftçi" və "Qəbələ" isə iyulun 21-də keçirəcək. Avroliqanın III təsnifat mərhələsinin püşkü isə sabah - iyulun 15-də atılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm