Agent danışdı: “Problem ondadır ki, maaşı ödəməkdə çətinlik çəkirlər”
Bizi izləyin

İdman

Agent danışdı: “Problem ondadır ki, maaşı ödəməkdə çətinlik çəkirlər”

Agent danışdı: “Problem ondadır ki, maaşı ödəməkdə çətinlik çəkirlər”

“Mançester Yunayted”in yarımmüdafiəçisi Luiş Naninin agenti Andrea Pastorello, futbolçunun “Fiorentina”ya keçmə ehtimalından danışıb.

Publika.Az xəbər verir ki, futbolçunun agenti onu “MY” üçün vacib biri hesab edib:

“Nani “Mançester Yunayted” üçün vacib oyunçudur. İndi onu deyə bilərəm ki, çox güman, Nani mövsümün sonunda Mançesteri tərk edəcək. Bütün italyan klublarının, eləcə də “Fiorentina”nın problemi ondadır ki, onlar oyunçunu maaş cəhətdən ehtiyacını ödəməkdə çətinlik çəkirlər.

Amma biz bütün təklifləri nəzərdən keçirəcəyik. Bizim “Mançester Yunayted” ilə qarşılıqlı əla münasibətlərimiz var. “Fiorentina” hal-hazırda Andersonun tam keçidi haqda danışıqlar aparır və ola bilsin ardınca Nani üçün danışıqlar aparsınlar”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm