Olimpiadaya gedən idmançılar kazinoda 100 MİN UDUZDU - FOTOLAR
Bizi izləyin

İdman

Olimpiadaya gedən idmançılar kazinoda 100 MİN UDUZDU - FOTOLAR

Bu ilin ən böyük idman yarışı Yay Olimpiya Oyunları olacaq. Təxminən 3 həftədən sonra dünyanın diqqəti Braziliyanın ikinci böyük şəhəri sayılan Rio-de-Janeyroya yönələcək. İmkanı olanlar Olimpiadanı canlı, olmayanlar ekran qarşısında izləyəcək. Ancaq bəzi idmançılar var ki, onlar istəmədən bu böyük idman bayramını kənardan seyr etməli olacaqlar.

Publika.az XXXI Yay Olimpiya Oyunlarından kənarda qalan ən məşhur ulduz idmançıları təqdim edir:

Mariya Şarapova

Antidopinq qaydalarını pozduğu üçün Beynəlxalq Tennis Federasiyası tərəfindən ikillik diskvalifiaksiya olunan Mariya Şarapovanın appelyasiya müraciətinə İdman Arbitraj Məhkəməsi sentyabrda baxacaq. Bu isə rusiyalı raketka ustasının Rio-2016-ya yolunu avtomatik olaraq bağlayır.

Lebron Ceyms

“Klivlend Kavalers”in və ABŞ millisinin 31 yaşlı basketbol ulduzu bu yay istirahət edəcək. Gərgin mövsümü qələbəylə başa vuran Ceyms həm də 5 əsas göstəricidə (xal – 208, topgötürmə - 79, ötürmə 62, topalma – 18, blok-şot - 16) lider olmaqla MBA tarixində rekorda imza atdı. Təsadüfi deyil ki, Lebron final seriyasının ən yaxşı oyunçusu seçildi. Amerikalı basketbol ulduzu ABŞ millisinin heyətində iki dəfə - 2008 və 2012 – Olimpiya çempionu olub.

Maykl Daymond

1996 və 2000-ci illərdə olimpiya çempionu olan Maykl öz səhvi üzündən Rio-2016-dan kənarda qalıb. Belə ki, o, mayın sonlarında sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün odlu silah gəzdirmə lisenziyasından məhrum edilib. Eyni zamanda 7-ci dəfə Olimpiadada iştirak şansını itirib.

Ceyson Dey

Qolf üzrə dünya reytinqinin lideri Cənubi Amerikada yayılan “Zika” virusundan qorxduğu üçün Rioya getməkdən imtina edib. Ondan başqa bir neçə qolfçu da eyni addımı atıb.

Alberto Kontador

İspan velosipedçi iyulun 12-də “Tur de Frans”da zədə aldığı üçün Rio Oyunlarını buraxmaq məcburiyyətində qalıb. Onun sağalması üçün 4 həftə lazımdır.

Kento Momota

Badminton üzrə dünya reytinqində 2-ci pillədə olan 21 yaşlı yapon qumar oyunlarında iştiraka görə Olimpiya Oyunlarından kənarlaşdırılıb. Bu qərarı Yaponiya Badminton Assosiasiyası qəbul edib. “Qadağan olunmuş” oyunlar üzündən onun millidəki oyundaşı Kenişi Taqo da eyni cəzaya məruz qalıb. Elə Momota da onun “zibilinə düşüb”. Məhz Kenişi onu kazinoya dəvət edib və birlikdə 100 min dollar “tərləyiblər”.

Duqlas Kosta

Zədə üzündən Braziliya millisinin və “Bavariya”nın üzvü evdəki Olimpiadanı buraxacaq. O, iştirak ərizəsində yaşı 23-dən yuxarı olan 3 futbolçudan biri idi. Ancaq zədə onun arzusunu gözündə qoydu.

Elena İsinbayeva

Elenanın vəziyyəti digər rusiyalı yüngül atletlər kimi qeyri-müəyyəndir. Dopinqdə ilişən idmançılar iyulun 19-da İdman Arbitraj məhkəməsinin açıqlayacağı qərarı gözləyirlər.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm