Vəli Qasımov: “Hücumçu problemimiz var” - MÜSAHİBƏ
Bizi izləyin

İdman

Vəli Qasımov: “Hücumçu problemimiz var” - MÜSAHİBƏ

Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda evdə "Şkendiya" ilə qolsuz bərabərə qalan "Neftçi"nin baş məşqçisi Vəli Qasımov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Publika.az xəbər verir ki, Qasımov oyunla bağlı bunları deyib:

- Rəqib təcrübəli komandadır. Həm fərdi, həm də komanda halında yaxşı oynyayırlar. Mərhələni keçmək çətin olacaq. Bu mərhələni keçsək, qrup mərhələsinə qədər irəliləyə bilərik. Oyuna qələbə üçün çıxmışdıq. Təəssüf ki, alınmadı.

- Demək olar ki, "Neftçi" bu gün hücumçu yoxluğundan əziyyət çəkdi...

- Düzdür. Bu, bizim əsas problemlərimizdən biridir. Ehtiyat oyunçular skamyasında olanların çoxu müdafiəçi idi.

- "Neftçi"nin oyunçuları bu oyunda daha çox fərdi oyuna üstünlük verirdi.

- Bəli. Bəzi qol epizodlarımız olsa da, futbolçular dəyərləndirə bilmədilər. Bunu, ustalıq səviyyəsinin aşağı olmasıyla əlaqələndirərdim. Rəqib çox güclü idi.

- Oyunu özünüz müdafiədən qurmuşduz, yoxsa rəqib sizi buna məcbur etdi?

- Bu, mənim göstərişim idi. Çünki top buraxmağımızı istəmirdim. Ancaq bizim də bir neçə imkanımız oldu.

- İkinci hissənin sonlarında oyunçuların vaxtı uzatması da sizin tapşırıq idi?

- Azərbaycan futbolunda oyunçuların müdafiəyə qayıtmasıyla bağlı problemlər var. Hücumdan sonra müdafiəçilər arxaya gec qayıdırlar. Vaxtı uzatmaqla bağlı oyunçulara heç bir tapşırıq verməmişdim. Düzünü deyim, mən oyunçuların vaxtı uzatdığını da görmədim.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm