“Qarabağ” - "Düdelanj" cütünün qalibini 4 qat Çexiya çempionu gözləyir (YENİLƏNİB)
Bizi izləyin

İdman

“Qarabağ” - "Düdelanj" cütünün qalibini 4 qat Çexiya çempionu gözləyir (YENİLƏNİB)

Bu gün futbol üzrə Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

Publika.az xəbər verir ki, Fransanın Nitsa şəhərində baş vermiş terror hadisəsi ilə əlaqədar 1 dəqiqəli sükutla başlayan mərasim UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunub.

3-cü təsnifat mərhələsindən etibarən UEFA-nın əmsallar cədvəlində 6-cı yeri tutan Fransadan bürünc mükafatçı "Monako", eləcə də 7-15-ci yerlərdə qərarlaşan ölkələrin vitse-çempionları Liqa marşrutu ilə mübarizəyə qoşulacaq.

Çempionlar marşrutunda isə hazırda davam edən II təsnifat mərhələsinin 17 qalibi (adları 19-20 iyulda keçiriləcək cavab görüşlərindən sonra məlum olacaq) ilə yanaşı, qrup mərhələsinə birbaşa vəsiqə qazanma tələblərinə cavab verməyən 3 ən yüksək reytinqli assosiasiya (Yunanıstan, Çexiya və Rumıniya) çempionları yer alacaq.

Bu marşrutda "Qarabağ" (Azərbaycan) - "Düdelanj" (Lüksemburq) cütlüyü də var. Bakıdakı ilk görüşdə "Qarabağ" 2:0 hesabı ilə qalib gəldiyindən, növbəti mərhələ şansları yüksək qiymətləndirilir. Sensasiya baş verməsə "Qarabağ"ın növbəti rəqiqbi 4 qat Çexiya çempionu "Viktoriya" olacaq.

Püşkün nəticəsi ilə tanış olun:

Çempionlar Liqası. III təsnifat mərhələsi

Liqa marşrutu

Fənərbağça (Türkiyə) - Monako (Fransa)

Rostov (Rusiya) - Anderlext (Belçika)

Şaxtyor (Ukrayna) - Yanq Boyz (İsveçrə)

Sparta (Çexiya) - Styaua (Rumıniya)

Ayaks (Hollandiya) - PAOK (Yunanıstan)

Çempionlar marşrutu

Ludoqoreü (Bolqarıstan)/Mladost (Çernoqoriya) - Srvena Zvezda (Serbiya)/Valetta (Malta)

BATE (Belarus)/Seynayoki (Finlandiya) - Hafnarfyordur (İslandiya)/Dandolk (İrlandiya)

Astra (Rumıniya) - Kruzeyders (Ş.İrlandiya)/Kopenhagen (Danimarka)

Vardar (Makedoniya)/Dinamo Z (Xorvatiya) - Dinamo Tb (Gürcüstan)/Alaşkert (Ermənistan)

Olimpiakos (Yunanıstan) - Hapoel BŞ (İsrail)/Şerif (Moldova)

Viktoriya (Çexiya) - QARABAĞ (AZƏRBAYCAN)/Düdelanj (Lüksemburq)

Jalgiris (Litva)/Astana (Qazaxıstan) - Linkoln (Cəbəllütariq)/Seltik (Şotlandiya)

Rusenborq (Norveç)/Norçepinq (İsveç) - APOEL (Kipr)

Trençin (Slovakiya)/Olimpiya (Sloveniya) - Zrinski (Bosniya və Herseqovina)/Legiya (Polşa)

Partizan (Serbiya) - Ferensvaroş (Macarıstan) - Zalsburq (Avstriya)/Liepaya (Litva)

Qeyd edək ki, Çempionlar Liqasında III təsnifat mərhələsinin oyunları 26-27 iyul və 2-3 avqustda keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm