BU SERİALA bütün dünya baxacaq
Bizi izləyin

İdman

BU SERİALA bütün dünya baxacaq

Argentinanın əfsanəvi futbolçusu Dieqo Maradona haqqında serial çəkiləcək.

Publika.az xəbər verir ki, bu haqda "France Presse" agentliyi məlumat yayıb.

"Hər ay həyatım haqda yüz seriallıq film çəkmək olar. Həyatımda baş verənlər istənilən ssenaridən üstündür. Çox şadam ki, "Telefe" şirkəti serial çəkəcək"- deyə Maradona vurğulayıb. Bütün dünyada Maradona heyranlarının olduğunu nəzərə alsaq, serialın tamaşaçı auditoriyası geniş olacaq.

Qeyd edək ki, Dieqo Maradona 1979-cu ildə futbol üzrə gənclər arasında dünya çempionu adını qazanıb. 1986-cı ildə onun komandası dünya birincisi, 1990-cı ildə dünya ikincisi olub. Maradona həm də DÇ-1986-nın "Ən yaxşı futbolçusu" adına layiq görülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm