Azərbaycana qarşı təxribat - NAXÇIVANI XƏRİTƏDƏN SİLDİLƏR
Bizi izləyin

İdman

Azərbaycana qarşı təxribat - NAXÇIVANI XƏRİTƏDƏN SİLDİLƏR

Gəncənin "Kəpəz" klubunun avrokubok macərası təxribatsız ötüşmür.

Publika.az xəbər verir ki, moldovalılar Mərdəkanı erməni qəsəbəsi kimi, Türkiyə mətbuatı “Kəpəz”i Ermənistan klubu kimi təqdim etmişdisə, avstriyalılar ümumiyyətlə Naxçıvan Muxtar Respublikasını “ixtisara salıb”. “Kəpəz”in Avropa Liqasındakı rəqibi "Admira" klubunun Facebook səhifəsində iyulun 20-də Bakıda keçiriləcək cavab oyunu ilə bağlı yaydığı məlumatda Naxçıvan Muxtar Respublikası Azərbaycanın ərazisi kimi təqdim edilməyib.

Bu, 16 illik fasilədən sonra Avropa meydanına qayıdan "Kəpəz"lə bağlı üçüncü belə haldır. Sonuncu dəfə Türkiyənin NTV kanalı verdiyi xəbərdə "Kəpəz"i səhvən Ermənistan komandası kimi göstərmişdi. Daha sonra NTV kanalı bu addımına görə Azərbaycan xalqından və komandadan üzr istədi. Elə moldovanlarda üzrxahlıq etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm