"Zirə" Türkiyədəki məşqindən imtina etdi
Bizi izləyin

İdman

"Zirə" Türkiyədəki məşqindən imtina etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Zirə” klubu Türkiyənin Bolu bölgəsində nəzərdə tutulan təlim-məşq toplanışının ləğvinə qərar verib.

Publika.az bildirir ki, klub rəhbərliyi Türkiyədəki vəziyyəti nəzərə alaraq, bu addımı atıb.

Komanda hazırlığın növbəti mərhələsini də ölkə daxilində keçirəcək.

Qeyd edək ki, "Zirə" yay hazırlıq prosesinin növbəti mərhələsini keçirmək üçün bu gün səhər Türkiyəyə yola düşməli idi. Ancaq qardaş ölkədə baş verən məlum hadisələrə görə "qartallar" səfərə çıxa bilməyib. Komandanın getməli olduğu reys də daxil olmaqla, Türkiyəyə həyata keçirilməli olan uçuşlar təxirə salınıb.\Report

Oxumağa davam et
Reklam
Reklam

Gündəm