“Neftçi”dən fantastik nəticə - 6 AYA 771 MEDAL
Bizi izləyin

İdman

“Neftçi”dən fantastik nəticə - 6 AYA 771 MEDAL

Azərbaycanın qabaqcıl idman qurumlarından olan “Neftçi İdman Klubu” İctimai Birliyinin yetirmələri uğur qazanmaqda davam edirlər. Atletlər bu ilin ilk yarısında əldə etdikləri medalların sayına görə, yenə də liderliyi qoruyub saxlayıblar.

Publika.az xəbər verir ki, klubun idmançıları ilin ilk altı ayı ərzində yerli və beynəlxalq səviyyəli yarışlarda böyük əzmkarlıq nümayiş etdirərək 293-ü qızıl, 221-i gümüş və 257-si bürünc olmaqla, ümumilikdə 771 medala sahib olublar.

Atletlər dünya yarışlarında 7 (3 qızıl, 3 gümüş, 1 bürünc), Avropa birinciliklərində 66 (27 qızıl, 9 gümüş, 30 bürünc), beynəlxalq turnirlərdə isə 179 medal (62 qızıl, 60 gümüş, 57 bürünc) qazanıblar.

Respublika səviyyəli yarışlarda 224 medala (92 qızıl, 57 gümüş, 75 bürünc) sahib olan idmançılarımız paytaxt yarışlarında 178 (57 qızıl, 60 gümüş, 61 bürünc), digər yarışlarda isə 117 (52 qızıl, 32 gümüş, 33 bürünc) dəfə fəxri kürsüdə yer alıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm