Türkiyə Superliqasında 2016/17 mövsümünün püşkü atıldı
Bizi izləyin

İdman

Türkiyə Superliqasında 2016/17 mövsümünün püşkü atıldı

Türkiyə Superliqasında əfsanəvi qapıçı Turqay Şerenin adı verilən 2016/17 mövsümünün püşkü atılıb.

Publika.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının Rivada yerləşən mənzil-qərargahında keçirilən mərasimdə 1 ay sonra başlayacaq çempionatın təqvimi məlum olub.

Superliqanın 2016/17 mövsümü avqustun 19, 20, 21 və 22-də keçiriləcək oyunlarla start götürəcək. İlk dövrə 16 turdan ibarət olacaq. Dekabrın 16-da komandalar fasiləyə yollanacaq. İkinci dövrə 2017-ci il yanvarın 7, 8 və 9-da keçiriləcək oyunlarla başlayacaq və 18 turdan ibarət olacaq. Mövsümə gələn il mayın 21-də yekun vurulacaq.

1-ci turun proqramı

Başakşəhər - Fənərbağça

Trabzonspor - Kasımpaşa

Gənclərbirliyi - Qaziantepspor

Adanaspor - Bursaspor

Antalyaspor - Osmanlıspor

Beşiktaş - Alanyaspor

Çaykur Rizəspor - Konyaspor

Qalatasaray - Karabükspor

Kayserispor - Akhisar

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm