Çempionlar Liqası: 9 komanda yoluna davam edir
Bizi izləyin

İdman

Çempionlar Liqası: 9 komanda yoluna davam edir

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin 9 cavab oyunu keçirilib.

Publika.az xəbər verir ki, ilk oyunda səfərdə qalib gəlmiş "Kopenhagen" və "Srvena Zvezda" növbəti mərhələyə vəsiqə qazanıblar. Danimarkalılar evdə Şimali İrlandiya "Kruzeyders"ini topa tutublar - 6:0.

İlk oyunda sərfəli nəticə əldə etmiş "Dinamo", "Ludoqorets", BATE və "Legiya" da növbəti mərhələyə vəsiqəni təmin ediblər.

Qitənin ən nüfuzlu klub turnirindəki təmsilçimiz "Qarabağ" bu gün meydana çıxacaq. Ağdam klubu ilk oyunda evdə 2:0 hesabıyla məğlub etdiyi "Düdelanj"la səfərdə qarşılaşacaq.

Çempionlar Liqası. 2-ci təsnifat mərhələsi, cavab oyunları

19 iyul

Alaşkert (Ermənistan) - Dinamo (Tbilisi, Gürcüstan) 1:1 (ilk oyun 0:2)

Şerif (Moldova) - Hapoel (Beyer-Şeva, İsrail) 0:0 (2:3)

Liepaya (Latviya) - Zalsburq (Avstriya) 0:2 (0:1)

APOEL (Kipr) - TNS (Uels) 3:0 (0:0)

SJK (Finlandiya) - BATE (Belarus) 2:2 (0:2)

Kopenhagen (Danimarka) - Kruzaders (Şimali İrlandiya) 6:0 (3:0)

Srvena Zvezda (Serbiya) - Valletta (Malta) 2:1 (2:1)

Legiya (Polşa) - Zrinski (Bosniya və Herseqovina) 2:0 (1:1)

Mladost (Monteneqro) - Ludoqorets (Bolqarıstan) 0:3 (0:2)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm