ÇL: “Qarabağ” Lüksemburq çempionuna qarşı - YENİLƏNİR
Bizi izləyin

İdman

ÇL: “Qarabağ” Lüksemburq çempionuna qarşı - YENİLƏNİR

Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində növbəti cavab oyunları keçiriləcək. Azərbaycanın bu turnirdə yeganə təmsilçisi "Qarabağ" Lüksemburqda “Düdelanj”ın qonağı olacaq.

Publika.az xəbər verir ki, ilk görüşdə 2:0 hesablı qələbə qazanan Azərbaycan çempionunun mərhələ adlamaq şansı yüksək qiymətləndirilir. Ağdamlıları heç-heçə və minimal hesablı məğlubiyyət də qane edir. Hətta 1 və daha artıq qol vuracağı halda, 2 top fərqli məğlubiyyət də qonaqların işinə yarayacaq.

Qeyd edək ki, “Düdelanj” - “Qarabağ” cütünün qalibi III təsnifat mərhələsində “Viktoriya” (Plzen, Çexiya) ilə üz-üzə gələcək.

Çempionlar Liqası. II təsnifat mərhələsi, cavab oyunu

20 iyul

20:00 Düdelanj – Qarabağ

Baş hakim: Kevin Klansi

Baş hakimin köməkçiləri: Stüart Stevenson, Sin Karr

Dördüncü hakim: Donald Robertson (hamısı Şotlandiya)

Düdelanj. “Yos Nosbaum” stadionu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm